Once upon a time I sat at the table to start a novel a la Garcia Marquez or Orhan Pamuk, a novel of mystery where a man dies (actually I thought of myself as the hero) and his adventures in the other world begin. But when I stopped to read the draft after I typed four pages in my comp, I noticed that the story (rather than a novel) was more a parody of Maurice Joly’s Dialogue aux Enfers, more than a chef d’oeuvre in a Pamukian style.
Once upon a time I decided not to post the whole 4-pages text, as everything may not be interesting for the readers, and also as I haven’t cleared the text from contradictions and flaws yet. So what is below is the abridged and edited excerpt from the original, and it is in Azeri. By the way, this is the first item I post in Azeri.
O Dünyada Əzrayılla Söhbət
(ixtisarla)
Günlərin bir günü mən öldüm. Sözün düzü necə ölməyim yadıma gəlmir, amma bir onu dəqiq xatırlayıram ki, Abşeron dairəvi dəmiryolunda gözdən-qulaqdan iraq bir stansiyada skamyanın üstündə oturmuşdum, bir də gördüm ağappaq bir yerdəyəm, nə ayağımın altında yeri hiss edirəm, nə də başımın üzərində göyü...
Uşaqlıq dostlarımdan birinin yasından gəlirdim, bir az əhvalım korlanmışdı, elə platformaya çıxmışdım ki, “elektriçkanı” gözləyim və ona minib evə gedim, bu Əzrayıl məni haqladı. Deyirəm, ilahi, mən də nə vaxtsa ölərmişəm. Baxmayın qoca kişiyəm, bu gün sabah yaşım 90 olacaqdı əgər ölməsəydim, mən də dövrümdən geri qalan deyildim ha!
Bir tərəfdən də yaxşı oldu ölməyim, yoxsa həftə səkkiz, mən doqquz, dost-tanışın yaslarına getməkdən bezmişdim lap. Bu üçdən çıx, o qırxa get, bu yeddidən çıx, o ilə get, bu cümə axşamıdan çıx, o cümə axşamına get... ona zəng edirsən srağagün öldü, bu, zəng gedir ki, atam dünən rəhmətə getdi... Bax, siz deyin, bundan sonra adamın qanı qaralmasın neyləsin? Kimi tanıyırsan, hamı o dünyadadır. Belə çıxır ki, o dünyadakı tanışlarım bu dünyadakılardan çoxdu indi. Bu yerdə istər-istəməz qorxurdum ki öləcəm, amma ən çox qorxduğum da o idi ki, mən ölənə yasıma gəlməyə bu dünyada dost-tanış qalmasın...
Maraqlıdır, bu inkir-minkir nə vaxt gələcək görəsən? Yəqin qəbrə qoyandan sonra gələrlər. Onda hələ vaxtım var bir az, yoxsa vay mənim halıma. Ona görə demirəma, günahkaram, inkirdən qorxuram, əstafurulla! Yox, mən pak olmasam da, təmiz adamam, amma bu İnkir ki qəbrə girən kimi ərəbcə bir şey soruşure, bax ona nə cavab vermək lazımdı onu bilmirəm.
– Ay kişi, İnkar hara, ərəb dili hara? İnkir ərəb dilini bilsəydi, çoxdan povışeniya almışdı, yazıq Əzrayılı da göndərmişdilər pensiyaya...
– (ürəyində) Bu kimdi belə? Əstafurulla, O?!
– Yox, ay kişi, mənəm Əzrayıl. Özü də çoxdandı sənin dalınca gəzirdim ha, axır ki tutdum! Sən elə adamlardansan ki, özün hələm-hələm ölmürsən, səni gərək öldürəsən. Haçan baxırdın ya o yasdasan, ya bu yasda, sən yasdan çıxanda da mənim iş vaxtım qurtarırdı, ya da dünyanın o biri başında məşğul olurdum.
– (təəccüblə) Doğrudan? Yaxşı bəs yasda niyə öldürmürdün ki, məni?
– Olmaz! Qəti olaraq qadağandır!
– (lap təəccüblə) Niyə???
– Niyəsini mən də bilmirəm, amma bizim ustavda belə yazılıb.
– Kül mənim başıma! Bilsəydim axıracan oturardım, kim demişdi mənə axı, bu gün tez çıx yasdan, get evə!
– Şeytan.
– Nə?
– Şeytan demişdi sənə ki, bu gün tez çıx yasdan, get evə.
– ???
– Onu da mən xahiş eləmişdime, yoxsa maymaq şeydir, ağlına elə şey gələr heç?
– Sən bəyəm Şeytanla bir işləyirsən?
– Yox, Allah eləməsin, sadəcə hərdən görürsən ki, adamın adama işi düşən kimi, mələyin də şeytana işi düşür, şeytanın da mələyə...
– Day sözüm yoxdu sizə, saman altdan su yeridənsiz ki... yaxşı bəs Şeytanın nə işi düşür sənə?
– Nəyivə lazımdı ki, ay kişi?
– Prosta maraqlı gəldi.
– Deyə bilmərəm, dövlət sirridir.
– Burda da dövlət sirri?
– Bəs nə bilmişdin?
– Bəs Onun xəbəri var?
– Əlbəttə! Ondan xəbərsiz heç iş görmək olar?
– Nə deyir bəs? Hirslənmir?
– Yox, deyir elə edin ki, nə şiş yansın, nə kabab.
– Vallah, mən avam adamam, sizin sistemdən baş açmaram. Tem boleye, əgər O da bilirsə, daha mən nə karəyəm ki, bir şey deyim.
– Bax belə, səndən xoşum gəldi, ölməz olsaydın, səni bizim idarəyə işə götürərdim.
– Elə ölməz idim də, Şeytanla birləşib məni öldürdün, indi də arsız-arsız deyirsən ki, səni işə götürərdim, bizim idarədə. Sizin hələ idarəniz də var?
– Niyə yoxdu ki?! Müdiri də mənəm.
– Bərəkallah, onda İnkir yəqin müavindi?
– Yoxa, Allah vurmuşdu onu, o adi müstəntiqdi, qəbirə düşənləri dopros eləyir. Özü də Dindirmə idarəsindəndi.
– Bəs müavin onda kimdi? İsrafil?
– Yox, o da Diritmə idarəsindəndi. Bizim idarə isə Canalma idarəsidi. Voobşe bizim idarənin işçilərinin siyahısı dövlət sirridir.
– Bəs Şeytan?
– Şeytan voobşe dövlət qulluğunda deyil, o müxalifətdi.
– Müxalifət?! Hansı partiyadandı, Musavat ya AXCP?
– Yox onun öz partiyası var, Azad Seçim Partiyası.
– O nə istəyir ki? Allahı seçkilərlə seçsinlər?
– Yoxa, sənin başıva hava gəlib? Allah birdir, onu seçmək olmaz, prosta Şeytan istəyir ki, ölənlər özləri seçsin, cənnətə istəyirlər getmək ya cəhənnəmə.
– Onda deginən ki, elə Şeytanın başına hava gəlib ki! Hamı özü seçsə, onda heç kim cəhənnəmə getməz.
– Aaa, sənin xəbərin yoxduye, ona görə belə deyirsən. Şeytan bilirsən neyləyib cəhənnəmi? Kababxana, dönərxana, təndirxana, qazanxana, qadınlar üçün solaris, geotermal stansiya, alışqan sexi, day nə istəyirsən.
– Maşallah, oddan boldu zalımoğlu.
– Elə demə, yazıq yetimdi, “daydayı” yoxdu. Ona görə də “pojizneni” müxalifətdədi.
– Həəə, bildim. Bəs başqa kim var burda müxalifətdən?
– Çoxdular, amma heç biri bir qəpiyə dəyməzlər.
– Məsələn?
– Məsələn, cinlər. Heç eşitmisən onlar haqqında bir şey?
– Eşitmişəm, amma bilmirəm nə işlə məşğuldurlar.
– Elə heç nə gəlmir əllərindən, ona görə də qalıblar müxalifətdə.
– Bəs bu yazıqlar nəynən dolanırlar?
– Qrantla.
– Nə ilə?
– Qrantla. Kontruktiv cinlərə qrantı biz veririk, destruktiv cinlərə qrant Şeytandan gəlir.
– Şeytanın pulu var ki bəyəm?
– Zalımoğlu, bəs demirəm ki, cəhənnəmi döndərib eləyib biznesxana?
– Elə deməye, mən də yetiməm.
– Aaa, onda dərdimiz birdi ki, ay kişi, elə mən Əzrayıl da yetiməm.
– Yetimsən? Bəs sən nə əcəb müxalifətdə qalmamısan?
– Bu uje başqa söhbətdi, mənimsə vaxtım yoxdur, gərək gedim Kubaya, orada biri var, o da çoxdandı ölmək istəmir, indi deyilənə görə hamamda çimir, mən də tez qaçmalıyam ki ora, görüm bəlkə itələyə bildim onu, ayağı yaş kafeldə sürüşdü, yıxılıb öldü. Sənsə gözlə birazdan İnkir gələcək. Heç yerə getmə ha!
– Hara gedəcəm ki?
– Bu gün Şeytan cinləri yığacaq Qiyamət günü meydanında icazəsiz mitinqə, polis də dubinkaları işə salacaq, deyirəm birdən gedərsən, sənin də xurt-xəşilini çıxararlar.
– Yox, narahat olma, mən hökumətin daxili və xarici siyasətini tam dəstəkləyirəm.
– Onda sənə ölüm yoxdu! Çao!
2 comments:
Primo inter pares (Bu eserin adini men "Cay destgahi" qoyuram)
Maraqli geldi. Bernard Verberin Tanatonavti eserini yadima saldi, oxu, peshman olmazsan, hech olmasa evvelinden oxu, goreceksen. Yaxinliq choxdu.
Senan Ibrahimoff
Post a Comment